Bizim haqqımızda
Mərkəzi və Şərqi Avropa şəhərlərini insan yönümlülüyü baxımından necə qiymətləndiririk
11
ölkə
62
şəhər
6
reytinq
6500
iştirakçı
11
ölkə
62
şəhər
6
reytinq
6500
iştirakçı
Şəhərlərin qiymətləndirilməsinə yanaşma
Düşündüyünüzdən daha çox təsir edir.
Yaşadığınız şəhər psixoloji rifahınızdan tutmuş aylıq xərclərinizə qədər gündəlik həyatınıza düşündüyünüzdən daha çox təsir göstərir. Friendly City Indexu insanların gündəlik həyatına ən çox təsir edən, praktik və hər kəs üçün anlaşılan amilləri ön plana çıxarır.
Ekspert bilikləri və məlumatlara əsaslanan yanaşma
Biz Mərkəzi və Şərqi Avropanın aparıcı ekspertləri ilə əməkdaşlıq edir və qiymətləndirməmizi etibarlı məlumatlar əsasında aparırıq. Məqsədimiz şəhərlərlə onların sakinləri arasındakı əlaqəni obyektiv göstəricilər vasitəsilə ortaya qoymaqdır.
Tam şəffaf yanaşma
Qiymətləndirməmiz mürəkkəb və qapalı metodologiyaya əsaslanmır. Hər bir nəticə hər bir vətəndaşın başa düşə biləcəyi açıq və əlçatan məlumatlara söykənir. İnanırıq ki, yalnız şəffaf yanaşma şəhərlərin obyektiv müqayisəsinə imkan yaradır.
Rəqabət yox, inkişaf üçün ilham
Məqsədimiz şəhərləri tənqid etmək deyil, onların inkişaf potensialını göstərməkdir. Böyük və ya kiçik olmasından asılı olmayaraq, hər bir şəhərin inkişaf üçün imkanları var. Bunun ilk addımı isə həmin şəhərdə yaşayan insanların fikirlərini dinləməkdir.
2025-ci ildə istifadəyə verilən Friendly City Index hər il keçirilən sorğu əsasında hazırlanır və hazırda 11 ölkənin 62 şəhərini əhatə edir. Reytinqə Azərbaycan, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Ukrayna daxildir.
Hər bir şəhərdə iştirkçılar eyni sualları cavablandırırlar ki, bu da region üzrə şəhərlərin birbaşa və obyektiv müqayisəsinə imkan yaradır. Sorğu tıxaclar, nəqliyyat və infrastruktur kimi ənənəvi şəhər mövzularını, eləcə də insanların öz şəhərlərində özlərini necə hiss etmələri, ehtiyacları və şəhər mühitinin gündəlik həyatlarına təsiri ilə bağlı daha geniş məsələləri əhatə edir. İndeksdəki göstəricilərin əksəriyyəti bir suala verilən bir cavab əsasında formalaşır. Bu yanaşma nəticələrin sadə, aydın və şəffaf şəkildə müqayisə olunmasına imkan verir.
Sorğu Avropanın aparıcı mobillik platformalarından biri olan Bolt-un sifarişi ilə bazar araşdırmaları və analitika texnologiyaları sahəsində fəaliyyət göstərən Syno International şirkəti tərəfindən həyata keçirilir. Məlumatlar onlayn sorğu vasitəsilə GDPR, ISO və ESOMAR standartlarına uyğun şəkildə toplanır, nəticələrin təhlili isə Syno International-ın sertifikatlı sosioloqları tərəfindən aparılır.
sakinlərinin səsinin eşidilməsinə töhfə verin
Friendly City Index məlumatlarından sərbəst şəkildə istifadə edin və paylaşın.

